Londonun mərkəzi məscidinin müəzzini qətlə yetirildi

Fevralın 20-si Londonun Mərkəzi məscidində xoşagəlməz hadisə baş verib. “Daily Mail” xəbər verir ki, naməlum şəxs məscidin 69 yaşlı müəzzini Rafal Maqlada bıçaq zərbəsi endirib.

Zərbə yaşlı kişinin sağ çiyninə tuş gəlib.

29 yaşlı cinayətkarı Skotlend-Yard polisi məscidin içində həbs edib. Şahidlərin sözlərinə görə, cinayətkar zərbəni namaz başlayandan sonra endirib.

R.Maqlada ilk tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya qaldırılıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.