Putinin əlyazması hərracda satıldı

Rusiyada Prezident Vladimir Putinin əlyazması hərraca çıxarılıb.

TASS-ın yaydığı xəbərə görə, əlyazma “12-ci stul” hərrac evində satılıb.

Əlyazma ölkə başçısının siyasətçi-jurnalist Valentin Zorinin 2001-ci ilin 12 sentyabrında ona hədiyyə etdiyi “Məlum barəsində naməlum olanlar” kitabına görə yazdığı təşəkkürdən ibarət olub.

Hərracda əlyazma ilk təklif olunan 340 rubla (9 AZN) satılıb.