Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.

Bunu Azercell Telekom şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən çirkətin prezidenti Vahid Mürsəliyev deyib. O bildirib ki, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək:

"Hazırda LTE şəbəkəsi "Elmlər Akademiyası" stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq".