Roma-Bakı münasibətləri ən yüksək səviyyədədir: "Bu əlaqələr daha da inkişaf edəcək"

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilib, siyasi, iqtisadi, müdafiə, mədəni,turizm,enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb”.

Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimindən tutmuş, müzakirə olunan məsələlərin geniş spektri, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir:

“İtaliya, dünyanın 7- ci, Avropanın 4- cü iqtisadiyyatına sahib olmaqla , “Böyük yeddilik”in” üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir. Paytaxtı Roma şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəli qoyulub.



Bugünkü mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın, 2020 - ci ilin İtaliyada  “Azərbaycan ili” elan edilməsi ilə bağlı bəyanatı, düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaq. TAP-ın istifadəyə verilməsi isə, Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzunu da artıracaq. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın,hörmətin nəticəsidir”.