MSK sədri: "Bu seçkidə təşviqat qaydaları gözlənilmədi"

Bu seçki prosesi zamanı təbliğat-təşviqat qaydaları gözlənilməyib. Belə ki, dekabrın 5-də – növbədənkənar parlament seçkiləri elan olunan gündən namizədlər sosial şəbəkələrdə təbliğat-təşviqatla məşğul olublar.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, MSK bununla bağlı heç kimi cəzalandırmayıb:

“Ona görə ki, namizədlərin heç biri digərindən şikayət etmədi. Namizədlər bu imkandan gen-bol istifadə ediblər”.