Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo biznes forumda iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və nazir Luici Di Mayo biznes forumda çıxış ediblər.