Şahin İsmayılovun lider namizəd olduğu dairə ilə bağlı qərar açıqlandı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan Seçki Dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb. 

MSK qərara alıb ki, həmin dairənin dörd məntəqəsinin nəticələri etibarsız sayılsın.

Nəticəsi ləğv olunanlar Beyləqan Seçki Dairəsinin 1, 4, 6, 31 saylı seçki məntəqələridir. 

Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Şahin İsmayılovdur.