Fərhad Mehdiyevin şikayəti təmin olunmadı

MSK-nın iclasnda 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd Fərhad Mehdiyev, Toğrul İsmayılov, Rəşid Həsənov və digərlərinin şikayətinə baxılıb.

MSK-nın və Ekspert qrupunun üzvü Tofiq Həsənov bildirib ki, şikayətçilər həmin seçki dairəsi üzrə seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

T.Həsənov bildirib ki, daxil olmuş şikayət üzrə aparılan araşdırma öz təsdiqini tapmadığından əsassız sayılmalıdır.

Müzakirələr zamanı çıxış edən Fərhad Mehdiyev MSK sədrindən 3 xahiş edib. O qeyd edib ki, birinci xahişi məntəqə seçki komissiyalarının təqdim etdikləri rəqəmləri yoxlamaqdan, ikincisi kameraların görüntülərinə baxmaqdan ibarətdir:

“Üçüncü xahişim isə ondan ibarətdir ki, bir namizədə topladığı səsdən bir səs artıq yazılıbsa, həmin məntəqənin nəticələri ləğv eidlsin”.

Müzakirdən sonra şikayət təmin edilməyib.