Nəsiman Yaqublunun şikayəti təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının iclasında 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədlər Nəsiman Yaqublu və İlham Mirzəliyevin şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib:

“Onlar müvafiq DSK-nın qərarından razı qalmayıblar və faktların yenidən araşdırılmasını xahiş ediblər. Bu dairədə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular qeydə alınmayıb. Əsasən 4 məntəqədən akt daxil olub. Hər bir akt araşdırılıb. Aktlarda gösrtərilən faktlar öz təsdiqini tapmayıb. Təklif edirəm ki, müraciət əsassız olduğundan təmin edilməsin, DSK-nın qərarı dəyişdirilməsin”.

Müzakirədən sonra müraciət təmin olunmayıb.