Azərbaycanda zəlzələ oldu

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda zəlzələ barədə məlumat yayıb. 

Belə ki, zəlzələ yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. 

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.