Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

Sumqayıtda zibil qabından meyit tapılıb.

APA-nın xəbərinə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Həmin ərazidəki zibil qablarının birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.