İranda koronavirusdan ölənlərin sayı altıya çatdı

İranda koronavirusdan daha bir nəfər ölüb. 

Bu barədə “Haber Global” məlumat yayıb.

Beləliklə, ölkədə bu virusdan ölənlərin sayı altıya çatıb. 28 nəfərdə isə yoluxma qeydə alınıb.

Qeyd edək ki, İraq və Küveyt bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını bağlayıb.