Berlindəki Ümumavropa Qarabağ Mitinqi Türkiyə telekanalında işıqlandırıldı

Berlində keçirilən Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş mitinq “Ümumavropa Qarabağ Mitinqi” ilə bağlı Türkiyənin “Haber Global” telekanalında süjet yayımlanıb. 

Süjetdə Xovalı soyqırımı haqqında geniş məlumat verilib. 

Telekanalın müxbiri Berlindən birbaşa canlı yayıma qoşulub. 

O bildirib ki, mitinqə Avropanın müxtəlif ölkələrində yaşayan yüzlərlə azərbaycanlı qatılıb. 

Qeyd edək ki, mitinq dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilir, onun təşkilatçılığını isə Almaniya Azərbaycanlıları Alyansı öz üzərinə götürüb.