Almaniyada türklərin qətli il bağlı yeni fakt – Qatilin atası da həbs edildi

Almaniyanın Hanau şəhərində 4-ü türk olmaqla 10 nəfəri qətlə yetirən Almaniya vətəndaşı, radikal sağçı Tobias Rathjenin atası Hans-Gerd Rathjen həbs edilib.

"Sözcü" xəbər verir ki, Tobias Rathjenin tək olmadığı, cinayəti atası ilə birlikdə törətdiyi iddia edilib.

Qeyd edək ki, Almaniyanın qərbindəki Frankfurt yaxınlığındakı Hanau şəhərində iki kafeyə silahlı hücum edilib. Cinayəti törədən Tobias R. evində ölü tapılıb.

Məlumata görə, kafeyə ilk hücumu qatilin atası Hans-Gerd Rathje tərəfindən həyata keçirildiyi güman edilir. Bu iddianı dəstəkləyən şahid ifadələri var.

Qeyd edək ki, qanlı hücumdan sonra Tobias Rathjenin evinə girən xüsusi təyinatlılar evin zirzəmisində əvvəlcə 72 yaşlı anasının cəsədini, daha sonra Rathjenin cəsədini tapıblar. Polis qatilin atasından da şübhələnir.

Türkiyə Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, Almaniyanın Hanau şəhərində qətllərin törədilməsi Avropada genişlənən irqçıliyin və İslam düşmənçiliyinin təzahürüdür.