Elman Nəsirovun lider namizəd olması müzakirələrə yol açdı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad Kənd Seçki Dairəsi üzrə namizəd Sakit Mirişovun müraciəti müzakirəyə çıxarılıb. 

MSK katibi Mikayıl Rəhimov bildirib ki, həmin dairə üzrə Elman Nəsirovun lider namizəd olması ilə bağlı xeyli müzakirələr açılıb.

M.Rəhimovun sözlərinə görə, hətta respublika ziyalılarından biri ona bununla bağlı zəng edib. 

MSK sonda qərara alıb ki, şikayət təmin edilməsin.