Böyük Britaniyada mart ayından etibarən yeni pasportlar veriləcək


Böyük Britaniyada mart ayından etibarən yeni pasportlar veriləcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Yeni pasportlar mavi rəngdə olacaq.

Qeyd edək ki, hazırkı pasportlar tünd qırmızı rəngdədir. Böyük Britaniya bu pasportları vətəndaşlara Avropa İttifaqının tövsiyələrinə uyğun olaraq 1988-ci ildən etibarən verirdi.