“Kiminsə borclarımı ödəməsinə ehtiyacım yoxdur” - Keçmiş ərini yalanladı


Aktrisa-model Pamela Anderson evləndikdən 12 gün sonra boşandığı prodüser Con Pitersin onun haqda söylədiklərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktrisa keçmiş ərinin toydan əvvəl onun 200 min dollarlıq borcunu ödəməsinin yalan olduğunu açıqlayıb:

“Onun söylədikləri yalandır. Kiminsə borclarımı ödəməsinə ehtiyacım yoxdur. 10 milyon dollar dəyəri olan evə sahibəm. Bundan əlavə, müqavilələrim və başqa işlərim də var. Con toydan sonra mənə öz istəyi ilə 100 min dollar verib. Onunla ailə qurmaq istəyim sadəcə sevgidən irəli gəlmişdi”.

Qeyd edək ki, fevralın əvvəlində jurnalistlərə müsahibə verən 74 yaşlı prodüser özünü axmaq, aktrisanı isə yalançı adlandırmışdı.