İvana Sərtdən xanımlara 3 önəmli məsələhət - Video


Türkiyəli stilist İvana Sərt  ARB kanalında yayımlanan “Söhbət var” verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, stilist proqramda balaca boy xanımlara hündür görünmək üçün məsləhət verib:

"Yüksək platforma ayaqqabılar istifadə etmək boyu uzadır. Ancaq bunu çılpaq ayağa geyinmək düzgün deyil. Çünki, bu kənardan çox kobud və səliqəsiz görünür. Mütləq uzun və enli şalvarın altından geyinərək platformanı gizlətmək lazımdır. Nə qədər qüsur varsa onları ört-basdır edib, gözəl yerləri açmaq məsləhətlidir. Ən önəmli 3 qayda var. Hər şeyi yerinə, yaşına və vücuduna görə seçmək lazımdır”.