İranda zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb


Türkiyə ilə sərhəddə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində İranda 25 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda dağılan evlər var.

Xatırladaq ki, zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 8 nəfər ölüb.