18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.
APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, müraciətlər 1 icraatda birləşdirilib.
Araşdırma nəticəsində 10 seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 1 seçki məntəqəsində (10 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.