Zəlzələ Türkiyədə bir kəndi tamamilə məhv etdi

Türkiyə-İran sərhədi yaxınlığında baş verən zəlzələlər səbəbi ilə Vanın Başkale rayonundakı məhəllələrdə böyük dağıntılar müşahidə olunub.

Bu barədə Haberler.com məlumat yayıb.

Rayonun Özpınar kəndində güclü zəlzələ bütün evləri dağıdıb.

Xatırladaq ki, İranın Xoy şəhərində baş vermiş 5.9 maqnitudalı zəlzələ Türkiyənin Qars vilayətində və Van şəhərində də hiss olunub.