İrandan gələn iki nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) daha iki nəfər gətirilib.

Mərkəzdən verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə ölkəmizə səfər edən İran vətəndaşıdır:

“Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, onlarda koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.