Tanınmış futbolçu azarkeşlərin arasına belə girdi - FOTO

Bir vaxtlar “Fənərbağça” klubunun əsas müdafiəçilərindən biri olmuş Diyeqo Luqano zahiri görünüşünü dəyişərək, azarkeşlər əyləşən tribunadan keçmiş klubunun oyununu izləyib.

“Haber7” məlumat verir ki, futbolçu oyundan sonra sosial şəbəkələrdə azarkeşlər arasında çəkdirdiyi fotoları paylaşaraq, “Derbini azarkeş kimi izləmək möhtəşəm duyğudur” şərhini yazıb.

Qeyd edək ki, “Fənərbağça” və Uruqvay millisinin keçmiş müdafiəçisi futbolçu karyerasını bitirəndən sonra Braziliyanın “San Paulu” klubunda menecer kimi çalışır.