İki nəfərin eyni kabinədə səs verməsi iddialarına münasibət - RƏSMİ

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar iki nəfərin eyni səsvermə kabinəsində səs vermələri iddialarına münasibət bildirilib. 

Oxu.Az-ın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə namizəd Mütəllim Rəhimovun şikayətində bu barədə qeyd olunub. 

Mütəllim Rəhimov şikayətində bildirib ki, bu hal həmin dairənin 16 saylı seçki məntəqəsində qeydə alınıb. 

Ramiz İbrahimov isə söyləyib ki, iddianın doğru olub-olmadığını müəyyənləşdirmək çətindir. 

“Təqdim edilən fotoda aydınlaşdırmaq olmur ki, o iki şəxs kimdir. Bilinmir ki, ikinci şəxs seçiciyə kömək edən məntəqə komissiya üzvüdür, ya yox”, - deyə Ramiz İbrahimov əlavə edib.