Aysultan: "Anam danışığa gəldi, ancaq susmayacam..."

Ailəmlə barışmağa hazıram.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın eks-prezidenti, Elbaşı Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev deyib.

“Yanıma anam və qardaşım danışıqlar üçün gəlmişdilər! Mən nə pul, nə də rifah üçün danışıqlara getdim. Mən insanları inqilaba qaldırmaq istəmirəm, çünki inqilab ölümsüz alınmır. Mən xalqın manipulyatoru olmaq istəmirəm. Hesab edirəm ki, ailə daxilində olduğu kimi, ölkə daxilində də problemi həll edə bilərəm. Bu, susacağım anlamına gəlmir. Mən sona qədər mübarizə aparacağam”, – deyə o bildirib.

Qazaxıstan Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri Alnur Musayev isə öz Feysbuk səhifəsində Aysultanın qaçaq bankir Muxtar Ablyazov tərəfindən manipulyasiya edildiyini bildirib.