Şəkidə it dörd uşağı xəstəxanalıq elədi


 Şəkinin Qırxbulaq kənd sakinləri - 2014-cü il təvəllüdlü Vüsal Nadir oğlu Hüseynov,  2011-ci il təvəllüdlü  Adəm Polad oğlu Əlili,  2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğlu Əlifov  və  2009-cu il təvəllüdlü Məhəmməd Fərid oğlu Kərimov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yaralılara xəstəxanada lazımi tibbi  yardım göstərilib,  quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.