Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün dağa dırmandılar

Türkiyənin Qars, Ağrı və Iğdır şəhərlərindən olan 35 alpinist Xocalı soyqırımı şəhidlərini anmaq üçün Naxçıvandakı Haça dağa dırmanıblar.

Bu barədə “HaberGlobal” telekanalında sujet yayımlanıb.

Bildirilib ki, 2426 metrlik dağın zirvəsinə çatan alpinistlər Xocalı faciəsinin 613 şəhidi üçün dua edib, Türkiyə və Azərbaycan bayraqlarını açıblar.