Çavuşoğlu Xocalı qurbanlarını yad etdi

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 28-ci ildönümünü yad edib.

Bu barədə XİN rəhbəri “Twitter” hesabında paylaşım edib.

“Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən paylaşırıq”, - deyə Çavuşoğlu bildirib.