“Qatar Airways” İrana uçuşları məhdudlaşdırdı

Qətər dövlətinə məxsus “Qatar Airways” aviaşirkəti İranın bəzi şəhərlərinə uçuşları dayandırıb.

“RİA Novosti”nin məlumatına görə, şirkət Tehrana uçuş sayını azaldıb.

Bu, İranda yeni növ koronavirusun yayılması ilə əlaqədardır.

Bundan əvvəl hava yolu şirkəti Cənubi Koreya və İrandan Dohaya gələn sərnişinlərə iki həftəlik karantin tətbiq edilməsini tövsiyə edib.