Prezident “Ana harayı” abidəsini ziyarət edərkən Ayaz Mütəllibovla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva eks-prezident Ayaz Mütəllibovla “Ana harayı” abidəsini ziyarət edərkən salamlaşıb.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Bu zaman mərasimdə iştirak edən Ayaz Mütəllibov Azərbaycan Prezidenti və Birinci vitse-prezidentlə görüşüb.