Saatlıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Saatlı rayonu ərazisində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü X.Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-nə keçən gecə Saatlı rayonunun Çolpı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini N.Ağayev vurulub və o, xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-32213” markalı avtomobilin sürücüsü X.Qasımov saxlanılıb.