Koronavirus şübhəsi ilə Cəlilabadda xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün 29 nəfər daxil olub.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd olunub ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən ikisinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.