BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat” və REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

Fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, fevralın 24-də REAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, “Müsavat” Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər.