13 yaşlı oğlan dəm qazından zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərlənib. 

APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Abbasov Sərxan Müslüm oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.