Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb


Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Trend-in "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görəə, bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.

E.Tikaradze bildirib: "Bir neçə dəqiqə əvvəl biz Luqara laboratoriyasından analizlərin nəticələrini aldıq və onlara əsasən, ölkədə koronavirusa ilk yoluxma halı aşkarlanıb".