Gürcüstan Azərbaycanla gediş-gəlişi məhdudlaşdırdı? – Səfirlik

Gürcüstanla Azərbaycan arasında quru yolla gediş-gəlişə heç bir məhdudiyyətlər tətbiq olunmayıb.

Bu sözləri Qırmızı Körpü gömrük postunun əməkdaşı Axar.az-a açıqlamasında Gürcüstanın Azərbaycanla sərhəddə məhdudlaşma tətbiq etməsi barədə yayılan məlumat haqda danışarkən deyib. Onun sözlərinə görə, bu gün hər hansı bir məhdudiyyətin qoyulması gözlənilmir:

“Bu haqda söz-söhbətlər gedir, amma bu günə heç bir məhdudiyyət yoxdur”.

Gürcüstanın Azərbaycandakı səfirliyi isə sözügedən məlumatı saytımıza təkzib edib:

“Heç bir məhdudiyyət yoxdur və olması da gözlənilmir”.

Qeyd edək ki, ötən gün İrandan Azərbaycan vasitəsilə ölkəsinə qayıdan Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bunun ardınca isə Gürcüstan hökuməti İrana gediş-gəlişə 14 günlük qadağa tətbiq etməklə bağlı qərar verib.

Gürcüstanın İranla quru əlaqəsi olmadığından, bu məhdudiyyətin Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə təsir edəcəyi bildirilir. Ancaq qadağanın Azərbaycanla əlaqələrə heç bir aidiyyəti yoxdur.