İranda koronavirus qurbanlarının sayı artır: Cümə namazları ilə bağlı xəbərdarlıq edildi

İranda koronavirus qurbanlarının sayı dayanmadan artır. “HaberGlobal”ın məlumatına görə, İranda yeni növ koronavirusdan ölənlərin sayı 22 nəfərə çatıb.

Virusa yoluxanların 141 nəfər olduğu bildirilib.

İran Səhiyyə naziri Səid Nəmaki virus aşkar edilən bölgələrdə yerləşən məktəblərdə üç gün tətil elan ediləcəyi və universitetlərin bir həftəlik bağlanacağını deyib.

O, türbələrə girişə məhdudiyyət qoyulmasını, virus riskli ərazilərdə cümə namazlarının qılınmayacağı barədə əhaliyə xəbərdarlıq edib.