Ceki Çanla birgə iki aktyor da karantinə alındı - Eyni qonaqlıqda olublar

Dünya şöhrətli aktyor Ceki Çanla bərabər daha iki aktyor və bir rejissor da koronavirusa görə karantinə alınıb.

Eurosport.ru-nun xəbərinə görə, aktyorlar Alan Tamb, Aleks Fonq və rejissor Erik Çanq karantinə alınıblar.

Onlar Ceki Çanla eyni tədbirdə iştirak ediblər.

Qeyd edək ki, həmin tədbirdə qonaqların birində koronavirus aşkar edilib. Bu səbəbdən də tədbirin bütün iştirakçıları koronavirus şübhəsi ilə karantinə alınıb.