Rusiya və İran olmasa... - Ərdoğan hədələdi

Daha əvvəl Liviyada Xəlifə Haftarın lehinə olan quruluşu dəyişdirdik. Hazırda da İdlibdə baş verən proseslər xeyirimizə işləyir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İdlibdə rejim qüvvələri ilə atışma davam edir. Çox təəssüf ki, daha 3 hərbçimiz şəhid olub. Buna baxmayaraq, rejim qüvvələrinə ağır zərbələr endirmişik. Onların itkiləri çoxdur. Mübarizə hələ də davam edir.

Biz İdlib mövzusunda ruslarla müzakirələr aparırıq. Adana razılaşması əsasında İdlibdəyik. Bölgədə terror istəmirik.

Rusiya və İranın dəstəyi olmadan Əsədin ayaqda durması qeyri-mümkündür”, – Ərdoğan bildirib