Riqa sakinlərinin sayı 2050-ci ilədək 90 min nəfər azalacaq


Latviyada 2011-2019-cu illərdə qeydə alınmış sakinlərin sayındakı tendensiyalar davam edərsə, Riqanın hazırkı əhalisinin sayı (633 min) 2030-cu ilədək 600 min, 2050-ci ilədək isə 544 min nəfərə qədər azala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “LETA” informasiya agentliyi Latviya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun araşdırmasına istinadən xəbər yayıb.

Hesabat 2021-2027-ci illər ərzində paytaxtın inkişaf proqramının tədqiqi çərçivəsində Riqa Şəhər Şurasının sifarişi ilə hazırlanıb. Alimlərin proqnozuna əsasən, ümumiyyətlə Latviyada 2030-cu ildə 6 yaşadək olan uşaqların sayı cəmi 144 min nəfər təşkil edəcək. Eyni zamanda, paytaxt ətrafında yaşayan sakinlərin sayında dəyişiklik müşahidə olunmayacaq.