Merkelə ittiham: Süleymaninin ölümündə onun əli var

Almaniyanın Sol Partiyası İran generalı Qasım Süleymaninin öldürülməsindən dolayı Angela Merkel və nazirlərə qarşı ittiham irəli sürüb.

Axar.az xəbər verir ki, sözügedən partiyadan olan 8 deputat Merkel hökumətinin Süleymaninin ölümündə əli olduğunu iddia edir.

Belə ki, ittihamda Süleymanini hədəf alan PUA-ların Almaniyaya məxsus Ramstein aviabazasından havaya qalxdığı və elə məhz buradan yönləndirildiyi bildirilir.

Almaniya hökumətindən ittihamla bağlı hələ ki, hər hansı açıqlama verilməyib.