Satıcını ardıcıl bıçaq zərbələri ilə qətlə yetirdi

Hüquq-mühafizə orqanlarının əməkdaşları Soçi şəhərində dəhşətli qətl hadisəsini törədən şəxsi saxlayıblar.

REN TV məlumat verir ki, qanlı insident 24 saat fəaliyyət göstərən ərzaq marketinin müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Görüntülərdə cinayəti törədən şəxsin satıcı ilə yüksək səslə danışdığı müşahidə olunur. Bir neçə dəqiqə sonra tərəflər arasında əlbəyaxa dava başlayır.

Satıcı qatili zərərsizləşdirməyə çalışarkən kürəyindən ardıcıl bıçaq zərbələri alır. Dərin kəsik yaraları alan satıcı xəstəxanada vəfat edib.