Ağstafa xəstəxanasında oğurluq: Xəstənin pulu və qızılları oğurlandı

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

Report-un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun iki min manat pulu və qızıl üzüyü oğurlanıb. Polisin araşdırması nəticəsində R.İsmayılovla eyni palatada müalicə olunan N.Əsədullayev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.