Geri qayıdan təyyarə Ankaraya uçdu (YENİLƏNİB)

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Axar.az-a açıqlamasında təyyarənin 13:00-da Ankaraya yola düşdüyünü bildirib.

12:26

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib. 

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib.

İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.