Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu

Bu gün günorta saatlarında Bakıda zəncirvari qəza baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 

Qəza zamanı beş avtomobil toqquşub. Hadisəyə səbəb kimi ara məsafəsinin qorunmaması göstərilib. 

Qəzadan sonra prospektdə tıxac yaranıb.