1 mart 1978-ci il: Menderes ailəsinin dramı


 1960-cı il 27 may hərbi çevrilişdən sonra edam edilən keçmiş Baş nazir Adnan Menderesin ortancıl oğulu Mutlu Menderes, 1 mart 1978-ci ildə  bir yol qəzasında həyatını itirib.

Ədalət Partiyasının Aydından millət vəkili olduğu dövrdə, Ankarada keçirdiyi yol qəzasından  sonra reanimasiya şöbəsinə alınan və bütün müdaxilələrə baxmayaraq həyata dönə bilməyən Mutlu Menderesin cənazəsi Cebeci Asri qəbiristanlığında torpağa tapşırılıb. Sui-qəsd iddialarının ortaya atıldığı zamanlarda Mutlu Menderesin qardaşı Aydın Menderes isə, "Gecə tək olarkən taksi vurub. Taksi sürücüsü kim? "Gizli təşkilat üzvü" filan deyildi. Biz bunlara heç fikir vermədik . Fikir verilsə, bir yerə çatılmaz...
Dəfn mərasimində inanılmaz bir izdiham yaşanıb. Ağlayanlar, gözyaşlarıyla "Amerikada Kennedi ailəsi, Türkiyədə Mendereslər"' bənzətməsi edənlər də olub.