164 milyon təqibçisi var: Qızıyla şəkilini paylaşdı


Dünyanın ən gənc milyarder ünvanını alan Kylie Jenner, keçən aylarda uzun müddətdir birlikdə olduğu Travis Scott ilə yollarını ayırmışdı.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Jenner, Scott ilə əlaqəsindən dünyaya gələn qızı Stormi ilə Instagramdan etdiyi paylaşmalarını artırıb.
Vaxtının böyük bir hissəsini Stormiyə ayıran Kylie Jenner, sahildə əl-ələ verdikləri ana-qız pozasını, "O və mən" ifadələriylə paylaşıb.

Zaman -  zaman öz paltarlarının eynisini qızına da geydirən Jenner, son vaxtlar pərəstişkarlarından böyük reaksiyalar toplamağa başlayıb.
Kylie Jennerin Instagramda 164 milyon təqibçisi var.

Turan