Bakıda güclü külək hasarları aşırdı - FOTO

Güclü küləyə görə Bakının bir neçə ərazisi qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, S.Göyüşov küçəsində hasar üç abonenti qazla təmin edən diametri 15 və 20 mm olan kəmərlərin üzərinə aşıb.

Digər hadisə isə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb. Belə ki, aşan daş hasar 57 mm diametrində olan qaz xəttini və bir ədəd qaz sayğacını yararsız hala salıb. Nəticədə 70 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Hər iki yerdə “Azəriqaz” İB-nin əməkdaşları bərpa işlərinə başlayıb.