Məktəblərdə dezinfeksiya tədbirləri görülür - Koronavirusa görə 


Dünyada sürətlə yayılan və artıq Azərbaycana da nüfuz edən koronavirusa qarşı ictimai yerlərdə, o cümlədən təhsil müəssisələrində profilaktik tədbirlər həyata keçirilir. Belə təhsil müəssisələrindən biri də paytaxtın Yasamal rayonunda yerləşən Paşa Nəzərov adına 60 nömrəli orta məktəbdir.

Məktəbin direktoru Fəyyaz Hüseynov "Sherg.az"a açıqlamasında təhlükəsizlik tədbirlərinin uğurla davam etdirildiyini söylədi:

 “Bütün təhsil müəssisələrində olduğu kimi, bizdə də profilaktik tədbirlər görülür. Müvafiq qərara əsasən şagirdlər məktəbə gəlmədikləri üçün onların sağlamlığına heç bir təhlükə yoxdur. Əksinə, bu profilaktik tədbir uşaqların təhlükəsizliyinin təmin olunmasına hesablanıb”.