“Prezidentin gənclərə etimadı göz önündədir” 


Fuad Heydər:“Rəhbər vəzifələrin 70 faizi gənclərlə əvəz ediləcək” 



“Cənab Prezidentin gəncələrə önəm verməsi və etimadı göz önündədir”.

Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib. 

Gənc fəal bildirib ki, gənclər işini məsuliyyətli və layiqincə görməyi bacarır: 

“Bunun bariz nümunəsi kimi Mirhəsən Seyidov və Nahid Bağırovu göstərmək olar. Bir siyasi şərhçi olaraq qeyd edim ki, cənab Prezidentin təyinatları sadəcə Mirhəsən Seyidov və Nahid Bağırovla bitməyəcək. Çünki bu il “Könüllü İli” yanaşı eyni zamanda geniş islahatlar dövrü olacaq. Nəticədə rəhbər vəzifələrin 70 faizi gənclərlə əvəz ediləcək”. 

Qeyd edək ki, bugün Prezident İlham Əliyevin sərəncamına əsasən, “İrəli” Gənclər Təşkilatının sədri Mirhəsən Seyidovu Neftçala rayon İcra Hakimiyətinin başçısı, Nahid Bağırov isə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gənclərin bu cür mühüm postlara gətirilməsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb.